satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri ilə görüşüb - FOTOLAR

Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri ilə görüşüb<font color=red> - FOTOLAR</font> Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri ilə görüşüb<font color=red> - FOTOLAR</font>

Milli Məclisin sədri Sahibə Qafarova Çinin Azərbaycandakı səfiri Lu Mey ilə görüşüb.

NTV xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Görüşdə ölkələr arasında yüksək səviyyədə olan strateji tərəfdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı parlamentlər arasında əlaqələrin ölkələr arasında münasibətlərin mühüm tərkib hissəsini təşkil etdiyi qeyd olunub, parlamentlərarası əməkdaşlığın, o cümlədən parlamentlərin dostluq qrupları və komitələri arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.

Həmçinin münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində gələcək imkanlar nəzərdən keçirilib.

Görüşdə eyni zamanda Azərbaycan və Çinin beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq etdikləri ifadə olunub və ölkələrin daim bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədikləri vurğulanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM