satellite   Azerspace-1: 11135 H 30000

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda WUF13-də iştirak edəcək

Qurbanqulu Berdiməhəmmədov Azərbaycanda WUF13-də iştirak edəcək

Türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədov mayda Bakıda keçiriləcək Dünya Şəhərlər Forumunun 13-cü sessiyasında (World Urban Forum - WUF13) iştirak edəcək.

Bu barədə Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmət Elyasov NTV-yə müsahibəsində bildirib.

"Forumun işində türkmən xalqının milli lideri, Türkmənistanın Xalq Maslahatının sədri Qurbanqulu Berdiməhəmmədovun iştirak etməsi gözlənilir. Onun səfəri Türkmənistanda şəhərlərin dayanıqlı inkişafı məsələləri üzrə beynəlxalq dialoqda fəal iştiraka sadiqliyini vurğulayacaq", - o deyib.

Səfir qeyd edib ki, WUF13 dayanıqlı şəhər inkişafının qlobal gündəminin irəliləməsində və müasir urbanistika sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsində mühüm mərhələ olacaq:

"Türkmənistanda mənzil tikintisi və modernizasiyası, həmçinin əhalinin rahat yaşayış şəraitinin yaradılması məsələlərinə prioritet diqqət yetirilir. Dövlət şəhərsalma siyasətinin əsas istiqaməti əlverişli, müasir və təhlükəsiz şəhər mühitinin formalaşdırılmasıdır. Bu kursun parlaq təsdiqi ölkənin paytaxtı Aşqabad, həmçinin dinamik inkişafı və şəhər infrastrukturunun planlaşdırılmasına kompleks yanaşmanı nümayiş etdirən Arkadaq şəhəridir".

Qeyd edək ki, WUF13 2026-cı il mayın 17-22-də Bakıda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM