satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ilə ABŞ arasında rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Azərbaycan ilə ABŞ arasında rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət katibinin iqtisadiyyat, enerji və biznes məsələləri üzrə köməkçisi Kaleb Orrun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən NTV-yə bildirilib ki, görüş zamanı rəqəmsallaşma və nəqliyyat sahələrində əməkdaşlıq perspektivləri, süni intellekt və kibertəhlükəsizlik istiqamətlərində normativ-hüquqi bazanın genişləndirilməsi, eləcə də ölkəmizdə data mərkəzinin tikintisi məqsədilə ABŞ-nin dövlət qurumları və şirkətləri ilə tərəfdaşlıq məsələləri müzakirə edilib.

Həmçinin Orta Dəhlizin genişləndirilməsi, Zəngəzur dəhlizinin inkişafı istiqamətində görülən və planlaşdırılan işlər, bu proseslərdə ABŞ şirkətlərinin iştirak perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM