satellite   Azerspace-1: 11135 H 30000

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Nikol Paşinyan: TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək

Demokratiya həmişə regional əməkdaşlıq üçün işləyir və sülh üçün bir vasitədir.

NTV xəbər verir ki, bu sözləri Ermənistanın Baş nazir Nikol Paşinyan bu gün səsvermədən sonra jurnalistlərlə söhbətində söyləyib.

Paşinyan seçkilərin regiona necə təsir göstərəcəyi ilə bağlı suala cavab olaraq deyib: "Regional dinc gələcəyimizə əminəm, çünki xoşbəxtlikdən Azərbaycanla sülhümüz, Gürcüstanla çox dərin münasibətlərimiz var. Türkiyə ilə diplomatik münasibətlərimizin olacağını gözləyirəm. Əminəm ki, yaxın gələcəkdə Türkiyə ilə dəmir yolu və avtomobil yolları da açılacaq. TRIPP layihəsi regionumuzdakı bütün ölkələrə fayda verəcək oyun dəyişdirən bir layihədir. Bu, Ermənistan, Azərbaycan, Türkiyə, Gürcüstan və İran üçün faydalıdır”.

O, Rusiya ilə münasibətlərdə gərginlik görmədiyini, bunun süni olduğunu bildirib: "Rusiya ilə münasibətlər institusional dərinliyə malikdir və qarşılıqlı hörmətə əsaslanır. Ermənistanda fəaliyyət göstərən bəzi qüvvələr münasibətlərdə gərginlik yaratmağa çalışırlar. Bu isə sadəcə Rusiya prezidenti ilə çox yaxın münasibətlərimizin olması səbəbindən yaranmır", - deyə Paşinyan vurğulayıb.

Xatırladaq ki, bu gün Ermənistanda 18 siyasi qüvvənin - 2 blokun və 16 partiyanın iştirak etdiyi parlament seçkiləri keçirilir.

Ermənistanda 2 milyon 485 min 851 vətəndaşın səs vermək hüququ var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM