İstanbulda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş keçirilib.
NTV xəbər verir ki, nazirlər bu gün keçiriləcək Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu üçtərəfli görüşündən əvvəl bir araya gəliblər.
Üçtərəfli toplantıdan sonra nazirlərin mətbuata açıqlama vermələri nəzərdə tutulur.
