satellite   Azerspace-1: 11135 H 30000

Hakan Fidan Azovda Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Hakan Fidan Azovda Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verib

Türkiyənin xarici işlə naziri Hakan Fidan Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində Azərbaycan vətəndaşlarının həlak olması ilə bağlı Azərbaycana başsağlığı verdiyini bildirib.

NTV  xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, iyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində olan 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfər isə həlak olub. Həmçinin bildirilib ki, sözügedən gəmilər Azərbaycan dövlətinə məxsus deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM