satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil

Nazir: Avropa ilə Asiya arasında olan regionun qlobal neqativ tendensiyalardan kənarda qalması real deyil

Avropa ilə Asiya arasında yerləşən regionun qlobal və regional neqativ tendensiyalardan kənarda qalması real deyil.

NTV xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 10-cu görüşü çərçivəsində baş tutan mətbuat konfransında deyib.

C.Bayramov vurğulayıb ki, görüş zamanı İran ətrafında baş verən proseslər və Yaxın Şərqdə sülhün əldə olunması məsələləri də müzakirə edilib. Nazir beynəlxalq hüququn norma və prinsiplərinə riayət edilməsinin vacibliyini qeyd edib:

"Vahid yanaşma ondan ibarətdir ki, diplomatik, siyasi yollara üstünlük verilməlidir. Beynəlxalq hüquqa riayət edilməlidir. Atəşkəsə nail olunması, qalıcı sülhə çevrilməsi bütün ölkə üçün önəmli məqamlardan biridir".

Nazir qeyd edib ki, Türkiyə–Azərbaycan–Gürcüstan üçtərəfli əməkdaşlıq formatı ölkələrin regional məsələlərdə koordinasiyalı fəaliyyətini nümayiş etdirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM