satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda sosial qayğıya ehtiyacı olan 1200 ailəyə bayram sovqatları verilib - FOTOLAR

Naxçıvanda sosial qayğıya ehtiyacı olan  1200 ailəyə bayram sovqatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda sosial qayğıya ehtiyacı olan  1200 ailəyə bayram sovqatları verilib<font color=red> - FOTOLAR</font> Naxçıvanda sosial qayğıya ehtiyacı olan  1200 ailəyə bayram sovqatları verilib<font color=red> - FOTOLAR</font>

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və tapşırığı ilə ölkəmizdə ardıcıl sosial layihələr icra olunur.

Naxçıvan televiziyası xəbər verir ki, martın 14-də - Novruz bayramı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən digər bölgələrlə yanaşı, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid, qazi və digər həssas qruplardan olan 1200 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, konfederasiyanın sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bayram sovqatının təşkili ilə bağlı Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat veriblər.

Sonra sovqatlardan ibarət 6 avtomobil təyinatı üzrə ünvanlara yola salınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM