satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcək

Naxçıvanda növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcək

Hesablama Palatası fəaliyyətində strateji idarəetmə çərçivəsindən geniş yararlanmağa çalışır. Bu çərçivənin özəyini təşkil edən, Hesablama Palatasının 2021-2025-ci illəri əhatə edən Strateji Planında hədəflərdən biri də maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsidir. Bu hədəf üzrə görüləcək ən vacib tədbirlər arasında dövlət orqanları üçün dövlət maliyyəsinin müxtəlif sahələrində təlimlərin keçirilməsi və təcrübənin paylaşılması ilə dəstəyin verilməsidir. Buradan bildirmək istəyirəm ki, biz bütün maraqlı tərəflərə əlimizdən gələn köməyi etməyi əsirgəməməyə çalışırıq.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Naxçıvanda keçirilən Maliyyə Forumunda çıxışı zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.

Palata sədri qeyd edib ki, gələcəkdə muxtar respublikada fəaliyyət göstərəcək kadr potensialının gücləndirilməsi üçün Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlığa başlanılıb. Növbəti ildən "Dövlət auditi" proqramı üzrə praktik təlimlər keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM