NUHÇIXAN xəbər verir ki, dekabrın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər Abdullayev Culfa rayon Ərəzin kənd sakinləri ilə görüşüb. Kənd mərkəzində baş tutan görüşdə sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib.
Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həllinin qanunvericiliyin tələblərinə uyğun şəkildə icra olunacağı vurğulanıb. Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti Cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildiriblər.