satellite   Azerspace-1: 11135 H 30000

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu ilə səfər edən sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir

AZAL Bakı-Naxçıvan-Bakı marşrutu ilə səfər edən sərnişinlərə biletləri əvvəlcədən almağı tövsiyə edir

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində ənənəvi olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərə tələbat artır.

AZAL-dan Naxçıvan televiziyası-a bildirilib ki, bununla əlaqədar olaraq, Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu müddət ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən almağı tövsiyə edir.

Mülki aviasiyada pik dövrlər hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Sərnişinlərə rahatlığı təmin etmək və ən uyğun uçuş vaxtını seçmək üçün aviabiletləri öncədən almaq məsləhət görülür.

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az saytından, mobil tətbiq vasitəsilə və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft bahalaşıb

14:37 11.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM