Doqquz kiloqramdan çox narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Doqquz kiloqramdan çox narkotikin qanunsuz dövriyyəsinin qarşısı alınıb

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə fasiləsiz xarakter alıb.

NTV  məlumatına  əsasən Ucar rayonunda keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 33 yaşlı Orxan Xəlilov tutulub. Onun sərnişin kimi əyləşdiyi avtomobildən 9 kiloqramdan artıq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

O.Xəlilov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti
Ərdoğandan maraqlı fakt

21:24 03.05.2025

Çox oxunan xəbərlər

CANLI YAYIM