satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı açıqlanıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1 faiz artaraq aprelin 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.

 NTV  xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ölkə əhalisinin 54,4 faizini şəhər, 45,6 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir. Cari ilin aprel ayının əvvəlinə əhalinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,0 faizi Bakı şəhərinin, 9,2 faizi Lənkəran-Astara, 8,6 faizi Abşeron-Xızı, 7,3 faizi Qarabağ, 7,1 faizi Mərkəzi Aran, 6,6 faizi Qazax-Tovuz, 6,1 faizi ŞəkiZaqatala, 5,9 faizi Gəncə-Daşkəsən, 5,4 faizi Quba-Xaçmaz, 5,2 faizi Mil-Muğan, 4,9 faizi Şirvan-Salyan, 3,1 faizi Dağlıq Şirvan, 3,0 faizi Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşmüşdür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM