satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ: Hərəkət iştirakçılarını təmiz hava və sağlam mühit naminə məsuliyyətli davranmağa çağırırıq

BDYPİ: Hərəkət iştirakçılarını təmiz hava və sağlam mühit naminə məsuliyyətli davranmağa çağırırıq

Hazırda respublika ərazisində həyata keçirilən “Təmiz hava” aylığı çərçivəsində Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən nəzarət tədbirləri davam etdirilir.

İdarədən NTV-yə verilən məlumata görə, bu məqsədlə BDYPİ-nin Ekoloji Nəzarət Bölüyünün stasionar postunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə tədbir keçirilib.

Tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti yoxlanılıb, atmosferə normadan artıq zərərli maddələrin atılmasına səbəb olan halların qarşısının alınması istiqamətində profilaktik işlər aparılıb. Eyni zamanda, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərlə maarifləndirici söhbətlər keçirilib, nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə və insanların sağlamlığına mənfi təsirləri diqqətə çatdırılıb.

BDYPİ bir daha hərəkət iştirakçılarını avtomobillərinin texniki sazlığına diqqət yetirməyə, təmiz hava və sağlam mühit naminə məsuliyyətli davranmağa çağırır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM