satellite   Azerspace-1: 11135 H 30000

İtkin şəhid Teymur Allahverdiyev Neftçalada dəfn edilib

İtkin şəhid Teymur Allahverdiyev Neftçalada dəfn edilib

Birinci Qarabağ müharibəsinin itkin şəhidi Teymur Qüdrət oğlu Allahverdiyev oktyabrın 31-də Neftçala rayonunun Qaçaqkənd kəndindəki qəbiristanlıqda dəfn olunub.

NTV xəbər verir ki, əvvəlcə Qaçaqkənd kəndində itkin şəhidlə vida mərasimi olub, cənazə namazı qılınıb.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimindən sonra hərbi orkestrin və yaylım atəşinin müşayiəti ilə itkin şəhid Qaçaqkənd kəndindəki qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçalanın Qaçaqkənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb, 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb.

Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM