satellite   Azerspace-1: 11135 H 30000

Televiziya əməkdaşı olduğunu bildirərək pul tələb edən şəxs saxlanılıb

Televiziya əməkdaşı olduğunu bildirərək pul tələb edən şəxs saxlanılıb

Polis əməkdaşları tərəfindən tamah məqsədilə şantaj xarakterli, həqiqətə uyğun olmayan məlumatların qərəzli şəkildə yayılmasına qarşı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən NTV-yə verilən məlumata görə, özünü ölkə ərazisində yayımlanan televiziya kanallarından birinin əməkdaşı kimi təqdim edərək müxtəlif müəssisə və obyektlərdən pul tələb edilməsi ilə bağlı daxil olan şikayətlər əsasında 34 yaşlı Şəhriyar Həsənzadə Lənkəran şəhərində saxlanılıb.

Araşdırmalar nəticəsində müəyyən olunub ki, o, müəssisə və təşkilatların məsul şəxsləri ilə əlaqə saxlayaraq guya onların işgüzar nüfuzuna xələl gətirən reportaj hazırladığını bildirib, həmin materialların televiziya və sosial şəbəkələrdə yayımlanmaması müqabilində müxtəlif məbləğlərdə pul tələb edib.

Şəhriyar Həsənzadənin qanunsuz hərəkətləri ilə bağlı araşdırmalar və digər tədbirlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM