satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı 5%-dən çox artıb

Ötən ay Azərbaycana gələn əcnəbilərin sayı 5%-dən çox artıb

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 158 ölkəsindən 181,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə NTV-yə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 20,1 faizi Türkiyə, 8,5 faizi İran, 5 faizi Hindistan, 4,9 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,7 faizi Pakistan, 3,1 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,7 faizi İsrail, 2,0 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13,3 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil edib.

Hesabat ayında müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM