satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yollar qardan təmizlənir

Naxçıvanda yollar qardan təmizlənir

NUHÇIXAN xəbər verir ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq muxtar respublika ərazisində qar yağıntısı müşahidə olunub.

Avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən operativ tədbirlər həyata keçirilir.

Agentliyin əməkdaşları kəndlərarası avtomobil yollarını qardan təmizləyir, buzlaşma ehtimalı olan ərazilərə qum-duz qarışığı səpir.

Görülən tədbirlər nəticəsində yollarda nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkəti təmin edilir.

Hazırda işlər davam etdirilir, vəziyyət daim nəzarətdə saxlanılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM