satellite   Azerspace-1: 11135 H 30000

MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış edib

MEDİA Yaxın Şərqdə hərbi əməliyyatlarla bağlı media subyektlərinə çağırış edib

Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır.

NTV xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyinin (MEDİA) yaydığı açıqlamada bildirilib.
"Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq. Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik", - deyə açıqlamada bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM