satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb

Naxçıvanda kredit adı ilə kiber dələduzluq edən şəxs saxlanılıb

NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşları tərəfindən vətəndaşlara qarşı törədilən kiber dələduzluq faktı ilə bağlı əməliyyat tədbiri həyata keçirilib.

Daxil olmuş müraciətlər əsasında keçirilmiş əməliyyat-texniki tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 21 yaşlı Elnarə Bünyatova saxlanılıb. 

Araşdırmalarla E.Bünyatovanın özünü bank əməkdaşı kimi təqdim edərək 070-767-56-96, 077-351-95-76, 070-935-75-65, 077-104-44-08, 077-349-96-82 və digər nömrələri, eləcə də “TikTok” platformasında “ *azturan83* ”, “ *turanbank_az* ”, “ *azeturanbank* ” və “ *krediagro* ” adlı səhifələr vasitəsilə vətəndaşlara kredit veriləcəyi vədi ilə 50 yaxın şəxsi aldadaraq talama əməlləri törətdiyi müəyyən olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM