satellite   Azerspace-1: 11135 H 30000

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb

Culfa şəhərində beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı xəsarət alanların kimliyi müəyyənləşib.

NTV  xəbər verir ki, hadisə nəticəsində 2004-cü il təvəllüdlü Zeynalova Fidan Dünyamin qızı və onun 2023-cü il təvəllüdlü övladı Zeynalov Emil Cəfər oğlu xəsarət alıblar.

Yaralılar ilkin olaraq Culfa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, daha sonra isə vəziyyətləri nəzərə alınaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına təxliyə ediliblər.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, yanğın şəhərdə yerləşən beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, yanğın söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

10:47

Culfa şəhərində yaşayış binasında yanğın olub.

NTV  xəbər verir ki, hadisə şəhərdə yerləşən 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində qeydə alınıb. Yanğın nəticəsində 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar Culfa şəhər xəstəxanasına yerləşdirilib, faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM