satellite   Azerspace-1: 11135 H 30000

Muxtar respublikada yeni tədris ili ərəfəsində 17 təhsil müəssisəsində tikinti-quruculuq işləri aparılır - VİDEO

Gələcəyimiz olan uşaqların inkişafına xidmət edən təhsil quruculuğu yeni tədris ili ərəfəsində daha da geniş vüsət alıb.

Hazırda 17 təhsil ocağında da bu istiqamətdə işlər görülür. Naxçıvan Şəhərində Kimya-Biologiya Təmayüllü Lisey, 8 nömrəli Uşaq bağçası-Körpələr evi, Şərur rayonunda Alışar, Həmzəli, Vərməziyar kənd tam orta məktəbləri, Babək rayonunda Nehrəm qəsəbə 3 nömrəli, Sirab, Vayxır kənd tam orta məktəbləri, Ordubad rayonunda Pəzməri, Xanağa, Unus, Kələki və Azadkənd tam orta məktəbləri, o cümlədən Babək və Şahbuz rayonlarında yerləşən məktəbdənkənar tərbiyə müəssisələrinin inşası davam etdirilir.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Mədinə Rəhimli

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM