satellite   Azerspace-1: 11135 H 30000

Sinoptiklərdən xəbərdarlıq: Əsasən dağlıq və dağətəyi rayonlarda leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

Sinoptiklərdən xəbərdarlıq: Əsasən dağlıq və dağətəyi rayonlarda leysan yağacağı, dolu düşəcəyi ehtimalı var

Qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, sentyabrın 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürəti 18-23 metr/saniyə olacaq.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM