satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilir

Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilir

Sentyabrın 20-də Milli Məclisin Səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, iclasın gündəliyinə üç məsələ daxil edilib.

İclasda əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi, həmçinin Ermənistanın son təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə 2022-ci il yaz və növbədənkənar sessiyaları dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat dinləniləcək.

Sonra isə Səhiyyə komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi müzakirə ediləcək.

Üçüncü məsələ isə Vergi Məcəlləsində “Sosial sığorta haqqında”, “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Tibbi sığorta haqqında” və “Daşınar əmlakın yüklülüyü haqqında” qanunlarda dəyişiklik edilməsi ilə bağlı qanun layihələridir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM