satellite   Azerspace-1: 11135 H 30000

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 359 müraciət daxil olub

Ötən ay Dövlət Miqrasiya Xidmətinə 359 müraciət daxil olub

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, ötən ay Dövlət Miqrasiya Xidmətinə daxil olan 359 müraciətin 129-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq muxtar respublika  ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan 30 əcnəbi  barəsində müvafiq tədbirlər görülüb.       

Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı qeydə alınan və icrası təmin olunan 230 müraciətin 52-si elektron xidmətlər portalı və elektron poçt üzərindən qəbul edilib. Həmçinin ay ərzində müxtəlif fəaliyyət istiqamətlərinə uyğun maarifləndirmə tədbirləri də aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM