satellite   Azerspace-1: 11135 H 30000

AZAL yeni bort əyləncə sistemini təqdim edib - VİDEO

"Azərbaycan Hava Yolları" QSC (AZAL) təyyarələrinin göyərtəsində yeni prinsip üzrə əyləncə sisteminin tətbiqinə başlayıb.

AZAL-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, artıq sərnişinlər Wi-Fi vasitəsilə təyyarənin multimedia şəbəkəsinə qoşulmaq üçün mobil cihazlarından (telefon və planşet) istifadə edə, daha sonra isə birbaşa öz qadcetlərində bədii və sənədli filmlərə, idman proqramlarına, cizgi filmlərinə, seriallara, şou proqramlara və bir çox müxtəlif məzmunlu audio və video kontentlərə baxa və dinləyə biləcəklər.

Multimedia kontentlərinə baxmaq üçün üçüncü tərəfin mobil tətbiqini yükləməyə ehtiyac yoxdur, bütün əməliyyatlar mobil brauzer vasitəsilə həyata keçirilir.

İlkin mərhələdə bu sistemin “Airbus 319” və “Airbus 320” təyyarələrinin göyərtələrində tətbiq edilməsi nəzərdə tutulur. Gələcəkdə digər təyyarələrin göyərtəsində simsiz axınlı əyləncə xidmətinin tətbiqi planlaşdırılır.

"Uçuş zamanı əyləncə və Wi-Fi bağlantısı artıq səyahətin ayrılmaz hissəsinə çevrilib. AZALa məxsus təyyarələrin göyərtəsindəki multimedia kontentləri daim yenilənməkdə davam edəcək", - deyə aviaşirkət bəyan edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM