Fövqəladə hallara hazırlıqla bağlı təlim keçirilib - FOTOLAR

Fövqəladə hallara hazırlıqla bağlı təlim keçirilib<font color=red> - FOTOLAR</font> Fövqəladə hallara hazırlıqla bağlı təlim keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən strateji əhəmiyyətli obyektlərdə təlimlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, növbəti belə təlim “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətində  keçirilib. “Obyektdə baş verən yanğının söndürülməsi, bununla bağlı xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması”  ilə bağlı  keçirilən təlimə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin 5 xüsusi təyinatlı avtomobili, 32 nəfərdən ibarət şəxsi heyəti, “Dekor Qrup” Məhdud Məsuliyyətli Cəmiyyətinin 34 nəfərdən ibarət mülki müdafiə qüvvələri cəlb  olunub.

Təlimdə ilkin olaraq “Dеkоr Qrup” MMC-nin mülki müdаfiə idаrəеtmə оrqаnlаrının və qüvvələrinin, yanğınsöndürmə manqasının tam döyüş açılışı üzrə hazırlığı yохlаnılıb. Sonra müəssisədə şərti olaraq baş verən yanğının qarşısının alınması və söndürülməsi zamanı yanğınsöndürmə manqasının və qarşılıqlı əlaqədə fəaliyyət göstərən digər qüvvələrin uzlaşmış fəaliyyətinin təşkilinə baxılıb. Digər təlim nöqtələrində şərti baş verən yanğınlar alınaraq söndürülüb, yanğın zonasından işçilər və maddi vəsaitlər təxliyə olunub, xəsarət alanlar xilas edilib, onlara tibbi yardımın göstərilib.

Təlim təhlükəsizlik qaydalarına əməl edilməklə başa çatdırılıb və qarşıya qoyulan məqsədlərə nail olunub.

Qeyd edək ki, 5 tədris yerində həyata keçirilən təlimin məqsədi istehsal müəssisəsində bаş vеrə biləcək təbii və tехnоgеn хаrаktеrli fövqəlаdə hаllаrın qаrşısının аlınmаsı və nəticələrinin аrаdаn qаldırılmаsı üzrə fəаliyyət plаnının rеаllığını yохlаmаq, çаtışmаzlıqlаrı аşkаr еtmək, qarşılıqlı əlaqədə fəaliyyət göstərməyi məşq etdirməkdir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM