satellite   Azerspace-1: 11135 H 30000

Şərurda bədii tikmə sənəti üzrə təlim keçirilib - FOTOLAR

Şərurda bədii tikmə sənəti üzrə təlim keçirilib<font color=red> - FOTOLAR</font> Şərurda bədii tikmə sənəti üzrə təlim keçirilib<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda yaşayan sağlamlıq imkanları məhdud qadınlar üçün bədii tikmə təlimi keçirilib.

Təlimdə çıxış edənlər muxtar respublikada qadınların istedad və bacarıqlarının üzə çıxarılması, cəmiyyətin bütün sahələrində onların potensiallarından istifadə edilməsinə xüsusi diqqət yetirildiyini bildiriblər. Vurğulanıb ki, təlimin keçirilməsində məqsəd dekorativ tətbiqi sənətin inkişaf etdirilməsi və gələcək nəsillərə ötürülməsi, qadınların bu sahəyə marağının artırılması, eyni zamanda onların sosial vəziyyətinin yaxşılaşdırılmasına kömək etməkdən ibarətdir.

Sonra təlimə start verilib. İstedadlı qadın Səkinə Qarayeva əyani vəsaitlərdən istifadə edərək bədii tikmə sənətinin orijinal texniki icrası və bədii xüsusiyyətlərini, bu xalq sənəti növünün incəliklərini təlim iştirakçılarının diqqətinə çatdırıb. Bu müddət ərzində sənətkarlıq sahəsi ilə bağlı iştirakçıları maraqlandıran suallara da aydınlıq gətirilib.

Təlimlərin muxtar respublikanın digər regionlarında da keçirilməsi planlaşdırılır.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM