satellite   Azerspace-1: 11135 H 30000

Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib

Sinqapur-Helsinki reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib

Finlandiyanın milli aviadaşıyıcısı - "Finnair" şirkətinə məxsus olan, Sinqapurdan Finlandiyanın paytaxtı Helsinkiyə uçan hava gəmisinin kapitanı sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsinə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, "Airbus A350" markalı təyyarə saat 02:31-də Bakıya eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun klinikalarından birinə yerləşdirilməsinə qərar verilib. Təyyarə saat 05:50-də Bakıdan Helsinkiyə yola düşüb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM