satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır - FOTOLAR

Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır<font color=red> - FOTOLAR</font> Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır<font color=red> - FOTOLAR</font> Naxçıvanda içməli suların tərkibi və keyfiyyət göstəriciləri yoxlanılır<font color=red> - FOTOLAR</font>

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Şərur rayon Gigiyena və Epidemiologiya Şöbəsinin əməkdaşları tərəfindən Arpaçay Su Anbarı və Şərur Şəhər Su Təmizləyici Qurğular Kompleksinin ətrafında dezinfeksiya işləri görülüb, ətraf ərazilər xüsusi məhlulla dərmanlanıb.

Bununla yanaşı içməli suların keyfiyyətinin öyrənilməsi məqsədilə Yaycı gölündən  su nümunələri götürülüb, analizlər aparılıb. Analizlər nəticəsində suların pH göstəriciləri, temperaturu, bulanıqlığı, anion və kationların, eləcə də digər elementlərin miqdarı yoxlanılıb. Nəticələrə əsasən bir sıra yaşayış məntəqələrini əhatə edən içməli suyun ekoloji tələblərə uyğun olduğu müəyyən edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tədbirlər planına uyğun olaraq analoji tədbirlər digər su anbarlarında da davam etdiriləcək.

Leyla Cəfərzadə

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM