satellite   Azerspace-1: 11135 H 30000

Qədim el sənəti olan silahsazlıq Naxçıvanda bu gün də qorunur, yaşadılır və gələcək nəsillərə ötürülür - VİDEO

Muxtar respublikada silahsazlıq sənəti qorunur, təbliğ olunur və yaşadılır. Keçmişimizlə bu günümüz arasında mənəvi körpü rolunu oynayan bu qədim el sənətinin yaşadılmasında Araz Məmmədovun da əməyi danılmazdır. Silahsaz bu işləri həyat yoldaşı Günel Məmmədova ilə birgə hazırlayır. Muxtar respublikada keçirilən sərgi-satışlarda, festivallarda ailənin hazırladığı əl işləri sərgilənərək satışı təşkil olunur. Bu işləri sonsuz sevgi və ustalıqla görən Məmmədovlar ailəsinin əsas məqsədi, qayəsi silahsazlıq ənənələrini inkişaf etdirərək, gələcək nəsillərə layiqincə ötürməkdir. 

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

Kəmalə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM