Nağdsız ödənişlərin üstünlükləri ilə bağlı tədbirlər keçirilib

Nağdsız ödənişlərin üstünlükləri ilə bağlı tədbirlər keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Xidmətin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin birgə təşkilatçılığı ilə kənd mərkəzlərində nağdsız ödənişlərin üstünlükləri mövzusunda maarifləndirici tədbirlər keçirilib. Çıxışlarda  nağdsız ödənişlərin üstünlükləri qeyd olunub.

Bildirilib ki, muxtar respublikada 1 sentyabr 2022-ci il tarixinə nağdsız ödənişlərin həcmi 125 milyon 531 min 849 manat olub. Ödənişlərin 32 milyon 526 min 3 manatı POS-terminallar, 93 milyon 5 min 846 manatı isə internet və digər ödəniş vasitələri ilə həyata keçirilib.

Qeyd olunan tarixə əsas ödəniş alətlərindən olan POS-terminalların sayı 1673 ədəd, bankomatların sayı 118, muxtar respublika üzrə ödəniş terminallarının sayı isə 166 ədəd olub.

Görüşlərdə sakinləri maraqlandıran suallar cavablandırılıb və “nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirlərin maarifləndirci bukletləri iştirakçılara paylanılıb.

Qeyd edək ki, bu görüşlər Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 9 avqust 2019-cu il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”ın icrasına uyğun həyata keçirilir.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM