İsveçrə buzlaqları sürətlə əriyir: 2022-ci il onlar üçün faciəli il oldu

İsveçrə buzlaqları sürətlə əriyir: 2022-ci il onlar üçün faciəli il oldu

"2022-ci il İsveçrə buzlaqları üçün faciəli il oldu”: 3 kub kilometr buz əriyib: - bu isə üç trilyon litr su deməkdir. Belə qənaətə İsveçrə Elmlər Akademiyasının Kriosfer komissiyası gəlib. Cari ildə buzlaqlar quru qış və yay istilərinin bir neçə dalğası səbəbindən ümumi həcminin 6 faizini itirib. NUHÇIXAN İnformasiya Agentliyi “Euronews”a istinadən xəbər verir ki, dərc edilmiş məruzəyə əsasən bu, buzların ərimə sürətində qeydə alınan rekorddur.

Alimlər, həmçinin buzlaqların geriləmə sahəsinin artmasını təsdiq ediblər və bu prosesin yalnız sürətlənəcəyini vurğulayıblar.

"Ekstremal hallar davam edərsə, o zaman biz buzlaqların yox olmasını gözlənildiyindən daha tez bir zamanda görərik. İqlim ssenarilərinə əsasən, ehtimal edirik ki, 2100-cü ilə qədər biz yüksəklərdə müəyyən həcmdə buz müşahidə edə bilərik. Lakin, iqlimin müdafiəsi ilə bağlı tədbirlər görülməsə, qlobal miqyasda istixana qazları tullantıları azalmazsa, 2100-cü ilə qədər, demək olar ki, buz qalmayacaq", - deyə İsveçrənin Buzlaqların monitorinqi departamentinin rəhbəri Matias Huss bildirib.

İlin əvvəlində Alp dağlarında qar örtüyü həddindın artıq yüngül idi. Sonra mart-may ayları dövrdə Saxaradan qum fırtınası gəldi. Çirklənmiş qar buzlaqları qoruyucu qar örtüyündən məhrum edərək, daha çox istiliyi udur və daha tez əriyirdi. Yayda baş vermiş faciə vəziyyətin nə dərəcədə ciddi olduğunu nümayiş etdirdi: iyul ayının əvvəlində Alp dağlarının İtaliya hissəsində ən böyük buzlaq hesab edilən Marmolad buzlağının bir hissəsinin aşması səbəbindən 11 nəfər həlak oldu.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM