Sidney şəhərində Ermənistanın təxribatlarına etiraz edilib

Sidney şəhərində Ermənistanın təxribatlarına etiraz edilib

Avstraliyanın Sidney şəhərində Azərbaycan icmasının Ermənistanın son təxribatları ilə əlaqədar dinc aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Sidney Opera Teatrının və Harbor-Bric körpüsünün yaxınlığında gerçəkləşdirilən aksiya Avstraliya Azərbaycanlıları Assosiasiyasının sədri Mikayıl Oytanın rəhbərliyi ilə təşkil edilib.

Azərbaycan, Türkiyə və Avstraliya bayraqlarının dalğalandırıldığı aksiya zamanı “Qarabağ Azərbaycandır!”, “Erməni təcavüzünü dayandır!”, “Erməni təcavüzünə etiraz edirik!”, “Ermənistan, torpaqlarımızın minalandırılmasını dayandır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir və dünya ictimaiyyətini aldadır!”, “Ermənistan sülhü rədd edir, müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni əsgərinə YOX!”, “Ermənistanın minaları vətəndaşları öldürür!”, “Azərbaycan sülh istəyir, Ermənistan müharibə istəyir!”, “Ermənistan minaları = müharibə cinayətləri!” şüarları əks olunmuş posterlər nümayiş etdirilib.

44 günlük Vətən müharibəsi dövründə Ermənistanın təcavüzü nəticəsində 11 azərbaycanlı uşağın öldürüldüyünə, 36 uşağın yaralandığına diqqət cəlb edilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM