satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda zəlzələ olub - YENİLƏNİB 2

Naxçıvanda zəlzələ olub<font color='red'> - YENİLƏNİB 2</font>

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, oktyabrın 5-də yerli vaxtla saat 04:21-də  Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində 5,8 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.

Zəlzələ Türkiyə, İraq və Ermənistanda da hiss edilib. Zəlzələ ocağının dərinliyi 3 kilometr təşkil edib.

Qeyd edək ki, 5 oktyabr tarixdə ilkin məlumata görə yerli vaxtla saat 17:51-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin Xoy ərazisində (Naxçıvan seysmik stansiyasından 92 km cənub-qərbdə) maqnitudası 5,1 olan daha bir zəlzələ baş verib. Zəlzələ ocağının dərinliyi 10,3 kilometr məsafədə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

Ümumilikdə, gün ərzində muxtar respublika ərazisində 11 dəfə müxtəlif bal gücündə yeraltı təkanlar qeydə alınıb. Muxtar respublikada dağıntı və tələfat yoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM