satellite   Azerspace-1: 11135 H 30000

Ağdamda iki nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Ağdamda iki nəfərin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

Oktyabrın 8-i saat 18 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində 2 nəfər şəxsin minaya düşməsi ilə bağlı Ağdam rayon prokurorluğuna məlumat daxil olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, ilkin araşdırmalarla həmin ərazidə təmir-tikinti işləri aparan 1986-cı il təvəllüdlü Pərviz Nəcəfov və 1989-cu il təvəllüdlü Ramin Əliyevin minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM