satellite   Azerspace-1: 11135 H 30000

Mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə və iş yerlərinin sayı azaldılıb

Mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan peşə və iş yerlərinin sayı azaldılıb

Milli Məclis Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 14-də keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklərə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204-ə qədər endirilib. Eyni zamanda qadağan edilən bu peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara aid olacaq. Nəticədə, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əmək haqlarının kişilərin orta əmək haqqına daha da yaxınlaşması təmin ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM