satellite   Azerspace-1: 11135 H 30000

Oktyabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 606 doza vaksin vurulub

Oktyabrın 16-da Azərbaycanda COVID-19 əleyhinə 606 doza vaksin vurulub

Oktyabrın 16-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 606 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 148, ikinci doza vaksinlərin sayı 201, üç və daha çox doza vaksinlərin sayı 228, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 29-dur.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 902 min 789, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 387 min 156, ikinci mərhələ üzrə 4 milyon 869 min 884, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 383 min 273, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 262 min 476-dır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM