Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-avqust ayları ərzində 83010 doğulan körpə qeydə alınıb.
Dövlət Statistika Komitəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,4-ə qədər artıb. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,9 faiz, qızların xüsusi çəkisi isə 47,1 faiz olub. Körpələrdən 2310-u əkiz, 105-i üçəm, 4-ü isə dördəm doğulub.
