satellite   Azerspace-1: 11135 H 30000

Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq

Qrantlarla bağlı vahid informasiya sistemi yaradılacaq

Milli Məclis “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təsdiq edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qanun layihəsi parlamentin oktyabrın 18-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Dəyişikliklər Qanunun 3-cü maddəsinin yeni 2-2-ci hissəsində qeyd olunan qrantların reyestrinin aparılması qaydasını müəyyən edir. Dəyişikliklərə əsasən, yuxarıda qeyd olunan maddə ilə müəyyən edilmiş qrantların reyestrinin hansı qaydada aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən ediləcək. Dəyişiklik qrantların alınmasında şəffaflığın təmin edilməsi, bu sahədə müasir tələblərə cavab verən sistemin formalaşdırılması, qrantlar haqqında zəruri məlumatları əhatə edən vahid informasiya sisteminin mövcudluğu, nəzərdə tutulan reyestrin eyni forma, metod və prinsiplər əsasında aparılması baxımından zəruri hesab olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM