satellite   Azerspace-1: 11135 H 30000

Balqabaq qanda şəkərin səviyyəsini azaldır

Balqabaq qanda şəkərin səviyyəsini azaldır

Şəkərli diabet diaqnozunun qoyulması həyatı dəyişə bilər, çünki həyatı boyu davam edən fəsadlara səbəb ola bilər. Hazırda şəkərli diabetlə yaşayan insanların sayı əvvəllər olduğundan daha çoxdur. Xoşbəxtlikdən, bir sıra digər xəstəliklərdə də olduğu kimi, sizin yediyiniz və içdiyiniz xəstəliyə tutulma riskinin azalmasında və simptomların idarə olunmasında müəyyən əhəmiyyət kəsb edə bilər.

Balqabaqda qanda şəkəri yaxşı tənzimləyən antioksidantlar və lif var. Tədqiqatlar göstərir ki, balqabaq tozları və cövhərlərindən dərman qismində istifadə edilməsi heyvanlarda və insanlarda qanda şəkərin səviyyəsini aşağı salır. Naxçıvan televiziyası İnformasiya Agentliyi “MedikForum”a istinadla bildirir ki, diyetoloqun dediyinə görə, balqabağın toxumlarında çoxlu miqdarda qanda şəkərin səviyyəsinə nəzarət etmələri ilə tanınan iki tərkib hissə, zülal və faydalı yağlar var”.

Lif qanda şəkərin səviyyəsinin idarə olunmasında faydalı rol oynayır, bildirilir ki, liflə zəngin qida məhsullarının istehlakı qanda şəkərin səviyyəsinə nəzarəti gücləndirir.

Yarım fincan (120 qram) balqabaq gündəlik lif normasının 12 faizini ehtiva edir.

Şəkərli diabetin ümumi əlamətlərinə daxildir: güclü susuzluq hissi, adi vaxtdan daha tez-tez, xüsusilə də gecə vaxtı sidiyəgetmə, yorğunluq hissi, çəkinin və əzələ kütləsinin itirilməsi, çox ləng sağalan kəsiklər və ya yaralar, bulanıq görmə.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM