satellite   Azerspace-1: 11135 H 30000

DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb

DSX əsgərinin ölümü ilə bağlı cinayət işi açılıb

Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Əliyev Məhəmməd Məhərrəm oğlunun silahla davranış qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib. Bildirilib ki, daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

Şəmkir hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.2-ci (Silahla davranış qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə başlanılmış cinayət işi üzrə şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM