satellite   Azerspace-1: 11135 H 30000

Bu il Azərbaycanda üç minə yaxın zəlzələ baş verib

Bu il Azərbaycanda üç minə yaxın zəlzələ baş verib

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) seysmik stansiyaları tərəfindən ilin əvvəlindən indiyədək ümumi olaraq 12 min 762 yeraltı təkan qeydə alınıb. Onlardan 2949-u yerli, 4645-i regional, 3776-sı uzaq zəlzələdir.

RSXM-in İnformasiya şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, bunu mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli Elmi-Texniki Şuranın iclasında deyib. Onun sözlərinə görə, həmçinin 1391 yeraltı partlayış qeydə alınıb: “Bu il 17 hiss olunan zəlzələ baş verib. Ümumilikdə maqnitudası 3-dən yuxarı olan 56 zəlzələ olub”.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM