satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunda sürücülərin peşəkarlıq səviyyəsi artırılır - VİDEO

Azərbaycan Ordusunda sürücü ixtisası üzrə xidmət edən hərbi qulluqçuların peşəkarlığının və hazırlıq səviyyəsinin artırılması məqsədilə hərbi hissələrdə və təlim mərkəzlərində nəzəri-praktiki məşğələlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, məşğələlərdə əsas məqsəd sürücülərə hərbi nəqliyyat vasitələrinin istənilən hava şəraitində və müxtəlif relyefli ərazilərdə təhlükəsiz idarə edilməsini, eləcə də texnikanın təyinatı üzrə düzgün istismarını və texniki qulluğun göstərilməsini öyrətməkdir.

Qeyd edək ki, məşğələlərin səmərəli keçirilməsi üçün hərbi hissələr zəruri tədris vasitələri, avadanlıq və qurğularla tam təmin olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM