satellite   Azerspace-1: 11135 H 30000

Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Hava kəskin dəyişəcək, qar yağacaq, şaxta olacaq<font color='red'> - XƏBƏRDARLIQ</font>

Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23- 28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, dekabrın 20-də hava arabir yağıntılı olacaq.

Havanın temperaturu gecə və gündüz 2-5° isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-nə keçən gecə şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək ölkə arazisində hava şəraitinin qısa müddətə kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Havanın temperaturu: dağlıq və dağətəyi rayonlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı, aran rayonlarında isə gecə saatlarında 0"-yǝ yaxınlaşacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM