satellite   Azerspace-1: 11135 H 30000

Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək

Miqrasiya Məcəlləsinə dəyişiklik ediləcək

Miqrasiya Məcəlləsində dəyişikliklər ediləcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı sənəd Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 19-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsi xarici investisiyaları innovasiya və yüksək texnologiyalar sahəsinə cəlb etməklə texnologiya parklarının genişləndirilməsi məqsədilə hazırlanıb.

Qanun layihəsinə əsasən iş icazəsinin alınması tələb olunmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dairəsinə texnologiyalar parkının rezidenti və həmin rezident tərəfindən ölkə ərazisində əmək fəaliyyətinə cəlb edilən informasiya və kommunikasiya texnologiyaları sahəsində təcrübəsi olan mütəxəssislər əlavə olunur. Buna uyğun olaraq, həmin şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi nəzərdə tutulur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM