satellite   Azerspace-1: 11135 H 30000

ANAMA: Ötən həftə 297 partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: Ötən həftə 297 partlamamış hərbi sursat zərərsizləşdirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatlarına dair həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, dekabrın 12-dən 17-dək Tərtər, Ağdam, Laçın, Xocavənd, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 59, tank əleyhinə 35 mina və 297 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ötən həftə ərzində 579 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM