satellite   Azerspace-1: 11135 H 30000

Culfada muzey və tarixi abidələrə ziyarətlər davam edir - FOTOLAR

Culfada muzey və tarixi abidələrə ziyarətlər davam edir<font color=red> - FOTOLAR</font> Culfada muzey və tarixi abidələrə ziyarətlər davam edir<font color=red> - FOTOLAR</font>

Culfa rayonunda  fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri tarixi abidələri ziyarət ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində qonaqlara məlumat verilib ki, orta əsrlərdə Azərbaycanda yaranmış dövlətlərin tarixində əvəzolunmaz rol oynayan, yadellilərin hücumuna qarşı müdafiə istehkamı olan Əlincəqala muxtar respublika ərazisində qeydiyyata alınmış dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasındadır. 2014-cü ildə burada fəaliyyətə başlayan muzey qalanın mühüm istehkam olduğunu əks etdirən maddi-mədəniyyət nümunələri ilə zəngindir.

Gülüstan türbəsini ziyarət edən kollektivlərə isə bildirilib ki, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus nümunələrindən sayılan türbə orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri görünüşü ilə nadir sənət incisi kimi diqqəti cəlb edir. XII əsrdə inşa olunan türbə 2015-ci ildə ilkin görünüşü və tarixi arxitekturası qorunub saxlanılmaqla bərpa olunub. Azərbaycanın digər türbələrindən fərqli olaraq, Gülüstan türbəsinin sərdabəsi yerüstü hissədə yerləşir. Abidənin səthləri isə oyma həndəsi ornamentlərlə bəzədilib, dekorativ tağlarla çərçivələnib.

Hafizə Əliyeva

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM