satellite   Azerspace-1: 11135 H 30000

Ali və Apellyasiya məhkəmələrinin hakimlərinin təyinatı barədə qərar layihəsi plenar iclasa tövsiyə olunub

Ali və Apellyasiya məhkəmələrinin hakimlərinin təyinatı barədə qərar layihəsi plenar iclasa tövsiyə olunub

Azərbaycan Respublikası Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi, Bakı Apellyasiya Məhkəməsi, Gəncə Apellyasiya Məhkəməsi, Şəki Apellyasiya Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Şirvan Apellyasiya Məhkəmələri hakimlərinin təyin edilməsi haqqında qərar layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı qərar layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 21-də keçirilən iclasının gündəliyində yer alıb.

Bildirilib ki, Məhkəmə-Hüquq Şurası tərəfindən bəzi hakimlərin Ali və Apellyasiya məhkəmələrinə irəli çəkilməsi barədə Azərbaycan Prezidentinə təkliflər verilib. Dövlətimizin başçısı tərəfindən Məhkəmə-Hüquq Şurasının təklifləri dəstəklənərək məsələ Milli Məclisə təqdim olunub.

Yeni qaydalara görə, hər bir hakimin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə qaydalarına uyğun olaraq hakimlərin fəaliyyətinə hərtərəfli qiymət verilir. Bu il dekabr ayında hakimlərin fəaliyyətinin qiymətləndirilməsi nəticələrinə əsasən hakimlərin irəli çəkilməsi barədə təkliflər verilib.

Qərar layihəsi müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM