satellite   Azerspace-1: 11135 H 30000

Aksiyanın 11-ci günü – Heç bir insident müşahidə edilməyib

Aksiyanın 11-ci günü – Heç bir insident müşahidə edilməyib

Xankəndi-Laçın yolunda dinc şəkildə təşkil olunan etiraz aksiyasının 11-ci günü sivil qaydalar çərçivəsində yüksək vətənpərvərlik əzmində davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, etirazçılar Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etirazlarını bildirən şüarları səhər saatlarında da səsləndiriblər.

Havanın şaxtalı olmasına baxmayaraq, onlar aksiyanı fəal şəkildə davam etdirirlər. Gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına riayət olunub, heç bir insident müşahidə edilməyib. Etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır. Aksiya davam edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM